İran ABŞ və Yaxın Şərq ölkələrinə xəbərdarlıq edib

İran ABŞ və Yaxın Şərq ölkələrinə xəbərdarlıq edib

Tarix: 20 Sep 2026 18:44

İran ABŞ və Yaxın Şərq ölkələrinə xəbərdarlıq edib.

APA xəbər verir ki, “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı bəyan edib ki, ABŞ İrana yenidən hücum edəcəyi halda Yaxın Şərqdəki bütün Amerika bazaları hədəfə alınacaq.

“Əgər ABŞ İslam Respublikasına qarşı hər hansı səhvə yol verərsə, bu ölkənin regiondakı bütün bazaları və maraqları heç bir məhdudiyyət və tərəddüd olmadan davamlı, həssas və ağrılı zərbələrin hədəfinə çevriləcək. Əgər Yaxın Şərq ölkələri ABŞ-ın təcavüzünə qoşularlarsa, İran Silahlı Qüvvələrinin onlara qarşı təmkin nümayiş etdirəcəyinə ümid edə bilməzlər”, - deyə xəbərdarlıqda qeyd olunub.

İran ABŞ Yaxın Şərq

Mənbə: apa.az

Xəbər Lenti