Çərşənbə axşamı, 24 Mart, 2026
Tarix: 24 Mar 2026 08:25
Yaponiya hökuməti hərbi zavodların milliləşdirilməsi məsələsini araşdırır.
Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Məlumata görə, məqsəd sursat və silah istehsalını artırmaq, həmçinin uzunmüddətli hərbi əməliyyat imkanlarını gücləndirməkdir.
Qeyd olunur ki, bu məsələ ilə bağlı qərarın 2026-cı ildə təhlükəsizlik sahəsində əsas sənədlərin yenilənməsi çərçivəsində qəbul edilməsi gözlənilir.
Milliləşdirmə zavodların birbaşa dövlət büdcəsindən maliyyələşdirilməsinə imkan verəcək, lakin bəzi hallarda istehsalın idarə olunması özəl sektorun əlində qala bilər.
Yaponiya hərbi sənaye milliləşdirmə Kyodo