Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər

Tarix: 24 Mar 2026 11:24

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ tərəfindən İrana qarşı hərbi əməliyyatlara qoşula bilər, çünki Tehran onların ərazilərinə zərbələr endirir.

Bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı artıq ABŞ-ın ölkənin qərbindəki “Kral Fəhd” aviabazasından istifadə etməsinə icazə verib və ölkənin münaqişəyə qoşulmaq qərarı “yalnız zaman məsələsidir”.

Qeyd edək ki, keçən həftə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl ibn Fərhan əl-Səud bildirib ki, “Səudiyyə Ərəbistanının səbri sonsuz deyil”.

İlqar Xudiyev Səudiyyə Ərəbistanı BƏƏ İran ABŞ

Xəbər Lenti