Rusiya FSB Ukraynanın Moskvada təxribat və terror hücumlarının qarşısını aldığını açıqlayıb

Tarix: 24 Mar 2026 10:59

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanın Moskva və Moskva vilayətində təxribat və terror hücumlarının qarşısını aldığını açıqlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, FSB Kiyevin xüsusi xidmət orqanlarının Moskvadakı terror hücumları üçün Rusiyadan PUA almaq cəhdinin qarşısını aldığını bəyan edib.

Bildirilib ki, Ukrayna tərəfi xüsusi hərbi əməliyyat iştirakçılarına və Moskva vilayətindəki strateji obyektlərə qarşı bomba və dronlardan istifadə etməklə bir sıra terror hücumları planlaşdırıb.

Bundan başqa, Xüsusi Hərbi Əməliyyat (SVO) zonasına çatdırılmaq üçün Polşadan partlayıcı maddələrlə dolu qızdırılan içliyin də aşkar edildiyi qeyd olunub.

FSB xəbərdarlıq edib ki, Ukrayna xüsusi xidmət orqanları bombaları kamuflyaj etmək üçün məişət əşyalarından istifadə edə bilər.

Fərid Əkbərov Rusiya FSB Ukrayna Moskva Moskva vilayəti təxribat terror hücumları

Xəbər Lenti