Müharibə başlayandan bəri İsraildə 19 nəfər ölüb, 4530-dan çox şəxs xəsarət alıb

Tarix: 24 Mar 2026 12:58

Müharibə başlayandan bəri İsraildə mülki şəxslər və hərbçilər də daxil olmaqla, 4530-dan çox insan xəsarət alıb, onlardan 678-i azyaşlıdır.

Bu barədə İsrailin Milli İctimai Diplomatiya İdarəsindən APA-ya verilən məlumatda qeyd olunub.

Bildirilib ki, hərbi əməliyyatlar başlayandan bəri İsraildə ölənlərin sayı 19 nəfər olaraq hesablanıb. Onlardan 15 nəfər İran və Hizbullahın hücumları nəticəsində ölüb: "Bir nəfər dost atəşi nəticəsində, bir nəfər isə sığınacağa daxil olmaq üçün hərəkət edərkən ölüb".

Livanda keçirilən quru əməliyyatlarında isə İsrail ordusunun iki hərbçisi həyatını itirib. Xəsarət alanların əksəriyyətinin isə aldığı yaralar yüngül hesab edilir.

Bildirilib ki, 41 müxtəlif bələdiyyədən olan 4829 mülki şəxs evlərindən təxliyə edilib və onların yaşayış yerləri yararsız hala düşüb.

Məlumata görə, ölkənin bir çox yerində əyani təhsil prosesi dayandırılıb.

İsrail Hərbi Hava Qüvvələri tərəfindən İrana qarşı keçirilən əməliyyatlarda isə 10 000-dən çox bombadan istifadə olunub. İndiyə qədər Hizbullaha qarşı keçirilən əməliyyatlar çərçivəsində Livan ərazisi boyu bu təşkilata məxsus 2000-dən çox hədəfə zərbə endirilib.

O da bildirilib ki, fevralın 28-dən əvvəl xarici ölkələrdə olan 140 000-dən çox israilli ölkəsinə qayıdıb.

Toğrul Quluzadə İsrail hücum xəsarət

Xəbər Lenti