Çərşənbə axşamı, 24 Mart, 2026
Tarix: 24 Mar 2026 15:34
Litvanın hava sərhədlərini pozaraq Varenskin rayonunda düşərək partlayan pilotsuz uçuş aparatı Ukraynaya məxsus olub.
“Delfi” bu barədə Litva Baş naziri İnqa Ruqinenenin açıqlamasını yayıb.
Baş nazir qeyd edib ki, dron Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi əməliyyat zamanı Litva ərazisinə keçib.
"Bu gün biz deyə bilərik ki, ölkəmizin hava məkanını keçən və Varenskin rayonuna düşən dron Ukraynaya məxsus idi. Bu, həmin gecə ukraynalıların Rusiyaya qarşı həyata keçirdiyi əməliyyatla bağlıdır (Primorsk neft terminalına hücum – red.)", - o vurğulayıb.
İlqar Xudiyev Litva Ukrayna dronu