Rusiyada meymunçiçəyi virusuna yeni yoluxma qeydə alınıb

Tarix: 24 Mar 2026 18:58

Rusiyanın Sankt-Peterburq şəhərində meymunçiçəyi virusuna yeni yoluxma qeydə alınıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, xəstənin S.P.Botkin Xəstəxanasında müalicə olunduğu bildirilib.

Qeyd edək ki, meymunçiçəyi virusuna yoluxma bundan əvvəl də Sankt-Peterburqda və Moskva vilayətində aşkar edilib. Ötən il qeyd edilən regionlarda üç nəfərə meymunçiçəyi diaqnozu qoyulub.

Fərid Əkbərov Rusiya Sankt-Peterburq meymunçiçəyi virusu yeni yoluxma

Xəbər Lenti