Çərşənbə, 25 Mart, 2026
Tarix: 25 Mar 2026 12:06
Avropa Komissiyası Rusiya neftinin idxalına daimi qadağa təklifinin təqdimatını təxirə salmaq qərarına gəlib.
Bu barədə İtaliyanın "L’AntiDiplomatico" nəşri məlumat yayıb.
Məlumata görə, təklifin ilkin olaraq 15 aprel tarixində müzakirəyə çıxarılması planlaşdırılmışdı. Lakin Avropa İttifaqının yenilənmiş qanunvericilik planına əsasən müzakirə “müəyyən olunmamış müddətə” təxirə salınıb və bu, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi fonunda baş verib.
Avropa strukturlarından verilən məlumata görə, qanun layihəsinin təqdimatı “mövcud geosiyasi vəziyyəti nəzərə alaraq” təxirə salınıb.
İlqar Xudiyev Rusiya neftinə qadağa Aİ Yaxın Şərqdə müharibə