Türkiyəli nazir: Müharibə davam edərsə, enerji üçün büdcəyə 620 mlrd. lirə lazım olacaq

Tarix: 25 Mar 2026 12:02

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, ABŞ–İsrail–İran müharibəsinin davam edəcəyi təqdirdə, enerji xərcləri üçün büdcəyə əlavə 620 milyard lirə vəsaitin lazım olacağını bildirib.

Nazirin sözlərinə görə, Türkiyə enerji böhranı yaşamamaq üçün vəziyyəti diqqətlə izləyir və planlar hazırlayır.

O qeyd edib ki, əgər böhran ilin sonuna qədər davam etsə, aprel ayında vəziyyət yenidən qiymətləndiriləcək:

“Büdcədə 620 milyard lirə tapmalıyıq. Əgər bu böhran ilin sonuna qədər davam etsə, aprel ayında vəziyyəti yenidən qiymətləndirəcəyik.

Həm qazda, həm də elektrikdə artıq mərhələli sistem var. Vətəndaşlara dövlət dəstəyi artırılacaq” -deyə nazir qeyd edib.

Dəryanur Cəfərova

Xəbər Lenti