Cümə axşamı, 26 Mart, 2026
Tarix: 25 Mar 2026 23:33
İran hazırda heç bir danışıqlar aparmır və bu istiqamətdə çağırışları qəbul etmir.
"Tasnim" agentliyinin məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, hazırda danışıqlardan bəhs edilməsi qarşı tərəfin zəiflədiyini göstərir.
“Əgər əvvəllər qeyd-şərtsiz təslimiyyət tələb edirdilərsə, indi danışıqlardan danışmaları məğlubiyyətin etirafıdır”, – deyə o vurğulayıb.
Nazir əlavə edib ki, atəşkəs yalnız zəmanətlərlə mümkündür, əks halda münaqişə yenidən alovlana bilər.
“Zəmanətsiz atəşkəs müharibənin təkrarına gətirib çıxarır”, – deyə Əraqçi qeyd edib.
İran danışıqlar Əraqçi