Cümə axşamı, 26 Mart, 2026
Tarix: 25 Mar 2026 23:17
İran Hörmüz boğazından yalnız dost ölkələrin gəmilərinin keçidinə icazə verdiyini açıqlayıb.
"Tasnim" agentliyinin məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. Onun sözlərinə görə, bu ölkələr sırasında Rusiya, Hindistan, İraq, Çin və Pakistan yer alır.
“Biz dost hesab etdiyimiz ölkələrin gəmilərinə Hörmüz boğazından keçidə icazə vermişik. Rəqiblərimizin bu marşrutdan istifadə etməsinə isə ehtiyac görmürük”, – deyə nazir bildirib.
İran Hörmüz boğazı Əraqçi