Ağ Ev İrana qarşı əməliyyat üçün Konqresdən icazə almağı zəruri hesab etmir

Tarix: 26 Mar 2026 02:26

ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatların davamı üçün Konqresdən icazə almağı zəruri hesab etmir.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

Onun sözlərinə görə, ABŞ hazırda İranla rəsmi müharibə vəziyyətində deyil.

“Bu səbəbdən Konqresin rəsmi icazəsinə ehtiyac yoxdur. Hazırda yalnız genişmiqyaslı hərbi əməliyyatlar aparılır”, – deyə Livitt qeyd edib.

Qeyd edək ki, ABŞ qanunvericiliyinə əsasən, müharibə elan etmək səlahiyyəti yalnız Konqresə məxsusdur.

ABŞ Ağ Ev İran Konqres

Xəbər Lenti