Tramp: ABŞ və İran arasında danışıqlar davam edir

Tarix: 26 Mar 2026 04:23

ABŞ və İran arasında danışıqlar davam edir və Tehran razılaşmaya maraq göstərir.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Nümayəndələr Palatasına seçkilər üzrə komitəsinin təşkil etdiyi ianə toplama tədbirində çıxışı zamanı bildirib.

“Onlar danışıqlarda iştirak edir və çox istəyirlər ki, razılaşma əldə olunsun, lakin bunu açıq şəkildə deməyə çəkinirlər”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, Tehran danışıqlar prosesində daha ehtiyatlı davranmağa çalışır.

Trampın sözlərinə görə, hazırkı mərhələdə danışıqlar davam edir və tərəflər arasında mümkün razılaşma ehtimalı qalmaqdadır.

ABŞ Tramp İran danışıqlar

Xəbər Lenti