Cümə axşamı, 26 Mart, 2026
Tarix: 26 Mar 2026 11:47
Türkiyəyə məxsus 2 sərnişin təyyarəsi İranda qalıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.
O bildirib ki, müharibə başlayanda İranda olan 2 təyyarənin ekipajı Türkiyəyə təxliyyə edilib. Nazir əlavə edib ki, daha bir sərnişin təyyarəsi isə İraqda gözləmə mövqeyindədir:
“İki təyyarəmiz İranda, bir təyyarəmiz isə İraqdadır. Müharibə başlayanda təyyarələr orada qaldı, heyətləri isə Türkiyəyə gətirildi. Təyyarələr müharibə bitdikdən sonra Türkiyəyə gətiriləcək”, – Uraloğlu qeyd edib.
Dəryanur Cəfərova Türkiyə Uraloğlu İran təyyarə