Banqladeşdə avtobus çaya aşıb, 22 nəfər ölüb

Tarix: 26 Mar 2026 13:32

Banqladeşdə sərnişin avtobusunun çaya düşməsi nəticəsində azı 24 nəfər ölüb.

APA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Padma çayı üzərində bərə terminalına daxil olmağa çalışan zaman baş verib.

Bildirilir ki, avtobusun əyləcləri eniş zamanı sıradan çıxıb, sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yüksək sürətlə maneəyə çırpılaraq çaya aşıb. Avtobus təxminən 9 metr dərinlikdə batıb.

Hazırda xilasedicilər 22 nəfərin meyitini sudan çıxarıb. Onların arasında 6 kişi, 11 qadın və 5 uşaq var.

Hadisənin ilk dəqiqələrində yerli sakinlər və terminal əməkdaşları tərəfindən təxminən 15 nəfər xilas edilib. Yaralılardan bir çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

Banqladeş qəza

Xəbər Lenti