Kreml: Ukrayna danışıqlarında Rusiya üçün ərazi məsələsi hələ də razılaşdırılmayıb

Tarix: 26 Mar 2026 13:59

Ukrayna danışıqlarında Rusiya üçün ərazi məsələsi və digər vacib məsələlər hələ də razılaşdırılmayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Peskov vurğulayıb ki, Moskva danışıqlara açıqdır və şərait imkan verən kimi danışıqların davam etdirilməsinə ümid edir.

Kremlin sözçüsü qeyd edib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara marağını itirməyib: "Şərait imkan verən kimi Ukrayna ilə bağlı növbəti danışıqlar raundunu keçirməyə ümid edirik".

Fərid Əkbərov Rusiya Ukrayna Kreml Peskov

Xəbər Lenti