Cümə axşamı, 26 Mart, 2026
Tarix: 26 Mar 2026 15:44
Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr ABŞ və İran arasında aparılacaq istənilən danışıqlar prosesində iştirak etməlidir.
AFP-nin xəbərinə görə, bunu KƏŞ-in Baş katibi Casim Məhəmməd əl-Budeyvi deyib.
“Biz Körfəz Əməkdaşlıq Şurası ölkələrinin istənilən danışıqlarda və ya razılaşmada iştirakının vacibliyini vurğulayırıq”, - əl-Budeyvi qeyd edib.
O əlavə edib ki, İran Hörmüz boğazından keçən gəmilərdən pul tələb edir.
Toğrul Quluzadə ABŞ İran Körfəz Əməkdaşlıq Şurası danışıqlar razılaşma iştirak