XİN rəhbəri: Pakistan ABŞ və İran arasında mesaj mübadiləsini təmin edir

Tarix: 26 Mar 2026 15:27

Pakistan ABŞ və İran arasında mesajların mübadiləsində iştirak edir.

APA xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri İshaq Dar “X” hesabında yazıb.

O bildirib ki, ABŞ-İran dolayı danışıqları Pakistanın vasitəçiliyi ilə aparılır və Vaşinqtonun təklif etdiyi 15 maddəlik plan İran tərəfindən nəzərdən keçirilir.

“Misir və Türkiyə kimi qardaş ölkələr də bu təşəbbüsə yardım göstərir”,- İshaq Dar qeyd edib.

Toğrul Quluzadə Pakistan ABŞ İran İshaq Dar

Xəbər Lenti