"Kommersant"ın keçmiş jurnalisti cinayət ittihamları ilə axtarışa verilib

Tarix: 26 Mar 2026 16:43

Rusiyanın "Kommersant" qəzetinin keçmiş jurnalisti Vladimir Solovyov cinayət ittihamları ilə axtarışa verilib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya mediası Solovyovun "arzuolunmaz təşkilatda iştirak" ittihamı ilə axtarışa verildiyini yazıb.

Məhkəmə onun barəsində qiyabi həbs qərarı da çıxarıb.

Fərid Əkbərov Rusiya cinayət Solovyov

Xəbər Lenti