İsrail ordusu Livanda daha bir hərbçisini itirib

Tarix: 27 Mar 2026 02:48

İsrail ordusu Livanın cənubundakı döyüşlər zamanı daha bir hərbçisini itirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə ordunun 7-ci zirehli briqadasının 77-ci taborunda xidmət edən 21 yaşlı çavuş Aviad Elxanan Volanski baş verən toqquşmalardan birində həlak olub.

Hadisə zamanı eyni bölmədən iki zabit və iki əsgər də yaralanıb.

İsrail ordu Livan hərbçi

Xəbər Lenti