Cümə, 27 Mart, 2026
Tarix: 27 Mar 2026 12:38
SEPAH region ölkələrinin xalqlarına müraciət edərək onları ABŞ qüvvələrinin olduğu məkanlardan uzaq durmağa çağırıb.
“İSNA”nın xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin bəyanatında qeyd olunur.
SEPAH ABŞ və İsraili mülki infrastrukturdan “canlı qalxan” kimi istifadə etməkdə günahlandırıb və İranın mülki əhalisinə hücumlar həyata keçirməkdə ittiham edib.
ABŞ və İsrail qüvvələrinin hansı yerdə tapılacaqlarsa, orada da hədəfə alınacağı bildirilib.
“Buna görə tövsiyə edirik ki, dərhal ABŞ qüvvələrinin yerləşdiyi məkanları tərk edəsiniz ki, sizə zərər dəyməsin”, - bəyanatda qeyd olunub.
Toğrul Quluzadə İran SEPAH ABŞ