Cümə, 27 Mart, 2026
Tarix: 27 Mar 2026 12:53
İranda 600-dən çox məktəb dağılıb və ya qismən ziyan görüb.
APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi onlayn müraciətində deyib.
“600-dən çox məktəb dağıdılıb və ya zərər görüb, nəticədə 1000-dən çox şagird və müəllim həlak olub və ya yaralanıb. Xəstəxanalar, təcili yardım maşınları, tibb işçiləri, xilasedicilər, neft emalı zavodları, su mənbələri və yaşayış yerləri də hədəf alınıb”, - Əraqçi qeyd edib.
O, Minabda qızlar məktəbinə edilən hücum barədə də danışıb.
“ABŞ və İsrailin öz iddialarına görə ən inkişaf etmiş texnologiyalara malik olduğu şəraitdə heç kim bu hücumun qəsdən planlaşdırılmadığına inana bilməz. Bu məktəbin hədəf alınması müharibə cinayəti və insanlığa qarşı cinayətdir və açıq şəkildə qınanmalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdır”, - nazir vurğulayıb.
Əraqçi İranın heç vaxt müharibə istəmədiyini, lakin özünü müdafiə etməkdə qətiyyətli olduğunu əlavə edib və beynəlxalq ictimaiyyəti ölkəsinə qarşı törədilən hücumları qınamağa çağırıb.
Toğrul Quluzadə İran Əraqçi məktəb 600