Cümə, 27 Mart, 2026
Tarix: 27 Mar 2026 17:23
Ermənistanda iş adamı Samvel Karapetyan və ona məxsus şirkətlərin fəaliyyətini idarə edən daha iki nəfər barəsində cinayət işi üzrə ilkin istintaq başa çatıb.
APA xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, araşdırma xüsusilə külli miqdarda vergidən yayınma, vəzifə səlahiyyətlərindən və ya həmin səlahiyyətlərin yaratdığı təsirdən istifadə etməklə dələduzluq yolu ilə xüsusilə külli miqdarda əmlakın mənimsənilməsi, xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması (çirkli pulların yuyulması), hüquqi şəxsdən istifadə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı epizodları əhatə edir.
Həmçinin istintaq materiallarında qeyd olunur ki, Samvel Karapetyan tərəfindən hakimiyyətin ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla devrilməsinə açıq çağırışlar edilməsi ilə bağlı faktlar da araşdırılıb.
Məlumata görə, cinayət işi baxılması üçün məhkəməyə göndərilməyə hazırlanır.
Samvel Karapetyan