Türkiyədə məhkumları daşıyan dörd avtomobil qəzaya uğrayıb, 14 nəfər yaralanıb

Tarix: 27 Mar 2026 17:36

İstanbulda məhkumları daşıyan dörd avtomobil qəzaya uğrayıb.

Türkiyə mediası xəbər verir ki, hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Yaralılardan 6 nəfərin jandarma zabiti, 8 nəfərin isə məhkum olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Emin Şirvanzadə qəza Türkiyə

Xəbər Lenti