Şənbə, 28 Mart, 2026
Tarix: 27 Mar 2026 22:19
ABŞ Ukrayna üçün nəzərdə tutulan silahların Yaxın Şərqə yönləndirilməsi ehtimalını istisna etmir.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Hələlik heç nə yönləndirilməyib, amma bu baş verə bilər”, – deyə Rubio qeyd edib.
O vurğulayıb ki, söhbət ABŞ-a məxsus silahlardan gedir və Vaşinqton zərurət yaranarsa onları öz milli maraqlarına uyğun şəkildə istifadə edə bilər.
“Bu, bizim silahımızdır. Hərbi zərurət olduqda, ehtiyatların bərpası və ya milli maraqlarımız naminə istifadə etmək üçün biz həmişə prioritet olacağıq”, – deyə o bildirib.
Rubio əlavə edib ki, hazırda Ukraynaya silah tədarükü davam edir və dayandırılmayıb.
ABŞ Rubio Ukrayna silah