Lavrov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Tarix: 28 Mar 2026 00:40

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi arasında telefon danışığı olub.

APA-nın Moskva bürosu xəbər verir ki, tərəflər Yaxın Şərqdəki münaqişənin siyasi və diplomatik yollarla həlli perspektivlərini müzakirə ediblər.

Nazirlər qeyd ediblər ki, həll prosesi beynəlxalq hüquqa əsaslanmalı və region ölkələrinin, o cümlədən Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin qanuni maraqlarını nəzərə almalıdır.

Lavrov həmçinin iranlı həmkarına İrana yeni humanitar yardım göndərilməsi barədə məlumat verib.

Fərid Əkbərov Rusiya İran Lavrov Əraqçi

Xəbər Lenti