Şənbə, 28 Mart, 2026
Tarix: 28 Mar 2026 02:18
ABŞ və İsrailin İranın Kermanşah vilayətinə endirdiyi zərbələr nəticəsində azı 13 nəfər ölüb.
Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, ölənlər arasında 2 uşaq və 4 qadın var.
Hhücumlar vilayətin inzibati mərkəzinin şərqində yerləşən yaşayış məhəllələrinə və digər yaşayış məntəqəsinə yönəlib.
Zərbələr nəticəsində azı 56 nəfərin yaralandığı qeyd olunur.
İran Kermanşah ABŞ İsrail