Şənbə, 28 Mart, 2026
Tarix: 28 Mar 2026 04:13
ABŞ Prezidenti Donald Tramp Kubanın Vaşinqtonun növbəti hədəfi olacağını bildirib.
APA xəbər verir ki, bu barədə o, Mayamidə keçirilən investisiya forumunda çıxışı zamanı deyib.
“Güclü silahlı qüvvələr yaratmışam. Demişdim ki, onları istifadə etməyə ehtiyac olmayacaq, amma bəzən istifadə etmək lazım gəlir. Yeri gəlmişkən, növbəti Kuba olacaq”, – deyə Tramp qeyd edib.
ABŞ lideri Vaşinqtonun Kuba ilə bağlı planlarının detalları barədə əlavə məlumat verməyib.
ABŞ Tramp Kuba