Şahbaz Şərif Pezeşkianı sülh danışıqları ilə bağlı Pakistanın diplomatik səyləri barədə məlumatlandırıb

Tarix: 28 Mar 2026 13:22

Pakistanın Baş naziri Şahbaz Şərif bu gün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin ofisi məlumat yayıb.

Tərəflər bölgədə davam edən hərbi əməliyyatlar və sülh səyləri ilə bağlı geniş müzakirələr aparıblar.

“Baş nazir Pakistanın İsrailin İrana qarşı davam edən hücumlarını, o cümlədən dünən mülki infrastruktura edilən son hücumları qətiyyətlə pislədiyini bir daha bildirib. O, Pakistanın bu çətin dövrdə İran xalqına həmrəyliyini və dəstəyini bir daha təsdiqləyib”, - məlumatda qeyd edilib.

Şahbaz Şərif İran Prezidentinə ABŞ, Körfəz və İslam ölkələri ilə əməkdaşlıq etmək, sülh danışıqları üçün əlverişli mühit yaratmaq məqsədilə hazırda Pakistanın həyata keçirdiyi diplomatik yardım səyləri barədə məlumat verib.

“O, İran Prezidentinə Pakistanın sülh təşəbbüsünün qəti şəkildə dəstəklənməsi barədə məlumat verib və düşmənçiliyə son qoymaq üçün birgə yol tapılacağına ümid etdiyini bildirib”, - vurğulanıb.

Pakistan Şahbaz Şərif İran İslam Respublikası Məsud Pezeşkian telefon danışığı

Xəbər Lenti