Zelenski BƏƏ Prezidenti ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib

Tarix: 28 Mar 2026 12:58

Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı müzakirə edib.

APA xəbər verir ki, bu barədə Zelenski "X" hesabında paylaşım edib.

"Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq etmək barədə razılığa gəldik. Komandalarımız detalları dəqiqləşdirəcək", - o bildirib.

Zelenski BƏƏ təhlükəsizlik və müdafiə sahəsi Ukrayna

Xəbər Lenti