Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir XİN rəhbərləri Yaxın Şərqdəki müharibəni müzakirə etmək üçün İslamabadda görüşəcək

Tarix: 28 Mar 2026 12:27

Pakistan 29-30 mart tarixlərində Səudiyyə Ərəbistanı, Misir və Türkiyə ilə danışıqlara ev sahibliyi edəcək.

APA xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Pakistanın xarici işlər naziri İshaq Darın dəvəti ilə, Səudiyyə Ərəbistanı, Türkiyə və Misirin xarici işlər nazirləri Yaxın Şərqdə gedən müharibəni müzakirə etmək üçün Pakistanda görüşəcəklər.

Görüş 29-30 mart tarixlərində İslamabadda keçiriləcək.

Toğrul Quluzadə Pakistan Səudiyyə Ərəbistanı Misir Türkiyə

Xəbər Lenti