Şənbə, 28 Mart, 2026
Tarix: 28 Mar 2026 13:47
Rusiyada həqiqi hərbi xidmətə çağırılanlar "Xüsusi Hərbi Əməliyyatı"n tapşırıqlarını yerinə yetirməyə cəlb olunmayacaqlar.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilati və Səfərbərlik İdarəsinin rəis müavini, vitse-admiral Vladimir Tsimlyanskin bildirib.
Onun sözlərinə görə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Federal Qanuna uyğun olaraq, vətəndaşların hərbi xidmətə çağırılması təqvim ili ərzində, 1 yanvardan 31 dekabra qədər həyata keçirilir.
Fərid Əkbərov Rusiya həqiqi hərbi xidmət Xüsusi Hərbi Əməliyyat