Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb

Tarix: 28 Mar 2026 20:42

Yaxın Şərqə doğru hərəkət edən ABŞ Hərbi Dəniz Qüvvələrinin amfibiya hücum gəmisi “USS Tripoli” ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsul olduğu zonaya çatıb.

APA xəbər verir ki, bu barədə CENTCOM-un “X” hesabında məlumat verilib.

"USS Tripoli amfibiya hücum gəmisindəki ABŞ dənizçiləri və dəniz piyadaları 27 martda ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatıblar", - məlumatda deyilir.

Yaxın Şərq ABŞ Hərbi Dəniz Qüvvələri gəmi “USS Tripoli” CENTCOM

Xəbər Lenti