Bazar ertəsi, 30 Mart, 2026
Tarix: 30 Mar 2026 01:52
ABŞ-ın Bağdaddakı səfirliyi İraqda Amerika universitetlərinə qarşı mümkün hücumlar barədə xəbərdarlıq edib.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Bağdad, Süləymaniyyə və Duhok şəhərlərində fəaliyyət göstərən Amerika universitetlərinə qarşı real təhlükə mövcuddur. ABŞ diplomatlarının sözlərinə görə, bəzi iraqlı silahlı qruplaşmalar bu obyektlərə hücum etməyi planlaşdırır.
Bu səbəbdən səfirlik ABŞ vətəndaşlarını dərhal İraqı tərk etməyə çağırıb.
ABŞ İraq Bağdad xəbərdarlıq universitetlər təhlükə