Çərşənbə, 1 Aprel, 2026
Tarix: 01 Apr 2026 17:10
Rusiya Xarici İşlər Nazirliyi Moskva Ermənistan dəmir yollarının konsessiya idarəçiliyinin Qazaxıstana verilməsi ilə bağlı İrəvanla danışıqlar aparmır.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, martın 30-da Rusiyanın nəqliyyat naziri Andrey Nikitin bildirib ki, Ermənistan dəmir yollarının konsessiya idarəçiliyinin Qazaxıstana verilməsi barədə Moskva nə İrəvanla, nə də Astana ilə danışıqlar aparır: "Diqqətə almaq lazımdır ki, bu, profil qurumun rəhbəri tərəfindən verilən açıqlamadır. Mən də xatırlatmaq istərdim ki, Ermənistanla 2008-ci ildə imzalanan müqavilənin müddəti 30 ildir və daha 10 il müddətinə uzadıla bilər. Uzun illərdir ki, Cənubi Qafqaz Dəmir yolları QSC bu müqavilənin şərtləri məsuliyyətlə icra edir. Rusiyanın Ermənistanın dəmir yollarının infrastrukturuna qoyduğu investisiyanın həcmi 30 milyard rubldan çox olub", - Rusiya XİN sözçüsü qeyd edib.
Zaxarova bu məsələnin bu gün Kremldə Putin və Paşinyan arasında danışıqlarda müzakirə olunub-olunmayacağı ilə bağlı suala isə cavab verməyib.
Fərid Əkbərov