Rusiyada hərbi helikopter qəzaya uğrayıb, üç nəfər ölüb

Rusiyada hərbi helikopter qəzaya uğrayıb, üç nəfər ölüb

Tarix: 01 Oct 2026 23:30

Rusiyanın Voronej vilayətində Mi-8 hərbi helikopteri qəzaya uğrayıb.

Rusiya mediasının məlumatına görə, helikopter Voronej şəhərindən təxminən 80 kilometr məsafədə yerləşən ərazidə tarlaya düşüb.

Helikopterin göyərtəsində pilot, şturman və tuşlayıcı olub. Onların hər üçü qəza nəticəsində ölüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Qəza ilə bağlı rəsmi məlumat da yayılmayıb.

Rusiya Voronej Mi-8 helikopter qəzası

Mənbə: apa.az

Xəbər Lenti