Cümə, 2 Oktyabr, 2026
Tarix: 01 Oct 2026 21:56
Somada mədəndə baş verən çökmə nəticəsində ölənlərin sayı 2-yə yüksəlib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Ədliyyə naziri Akın Gürlek açıqlamasında uçqun altından daha bir işçinin nəşinin çıxarıldığını bildirib.
Digər işçilərin çıxarılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.
*** 18:14 Türkiyədə mədəndə uçqun altında qalan 1 nəfər ölüb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu səhiyyə naziri Kamal Memişoğlu bildirib.
***
16:17
Türkiyənin Manisa vilayətinin Soma rayonunda yerləşən mədəndə uçqun baş verib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, ilkin məlumatlara görə, hadisə zamanı mədəndə 7 işçi olub.
Onlardan 2-si xilas edilib, 5 işçinin isə dağıntılar altında qaldığı bildirilir.
Dəryanur CəfərovaMənbə: apa.az