Mina təhlükəsinə qarşı birgə fəaliyyət mövzusunda ictimai müzakirə keçirilib - FOTO

Tarix: 03 Apr 2026 16:39

Azərbaycan Milli QHT Forumunun Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şurası ilə birgə “Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə, qurbanların hüquqlarının müdafiəsi və beynəlxalq çağırışlar” mövzusunda ictimai müzakirə keçirilib.

APA xəbər verir ki, tədbirin açılışında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli çıxış edərək mina təhlükəsinin Azərbaycan üçün yaratdığı humanitar, sosial və iqtisadi fəsadlardan bəhs edib, bu istiqamətdə dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın sədri Umud Mirzəyev (Rəhimoğlu) isə “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina problemi: mövcud vəziyyət, çağırışlar və hədəflər” mövzusunda təqdimatla çıxış edib, mina ilə çirklənmiş ərazilərin miqyası, mövcud risklər və aparılan minatəmizləmə işləri barədə ətraflı məlumat verib.

Tədbirin növbəti hissəsində Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli mina təhlükəsi ilə mübarizədə maarifləndirmə fəaliyyətlərinin rolu, ictimai məlumatlandırmanın effektiv üsulları və media ilə əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxunublar.

Müzakirələr çərçivəsində ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənov və Şuranın üzvü Rəşad Mehdiyev mina qurbanlarının hüquqlarının müdafiəsi, onların sosial təminatı və beynəlxalq səviyyədə vəkillik fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.

Tədbir iştirakçıları mina təhlükəsinin yalnız milli deyil, qlobal humanitar problem olduğunu qeyd edib, beynəlxalq ictimaiyyətin bu məsələyə daha həssas yanaşmasının vacibliyini vurğulayıblar.

İctimai müzakirədə Azərbaycan QHT-lərinin 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanatı səsləndirilib.

Tədbirlə yanaşı mina qurbanlarının fotoları, mina və partlamamış hərbi sursatların maketlərinin nümayiş olunduğu sərgi təşkil olunub.

İlkin Naib mina təhlükə

Xəbər Lenti