BƏƏ-də qaz kompleksində güclü yanğın olub, bir nəfər ölüb, 4 nəfər yaralanıb

Tarix: 03 Apr 2026 23:50

BƏƏ-nin paytaxtı Əbu-Dabidəki qaz kompleksinə hücum nəticəsində ciddi ziyan dəyib, bir nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti sosial media hesablarında məlumat yayıb.

“Daha əvvəl elan edildiyi kimi, hava hücumundan müdafiə vasitələrinin uğurlu müdaxiləsindən sonra qalıqların düşməsi nəticəsində Həbşandakı qaz obyektində baş verən insidentlə əlaqədar olaraq, hakimiyyət orqanları təsdiqləyir ki, obyektdə iki yanğın baş verib”, – məlumatda deyilir.

Məlumata görə, xilasetmə qrupları yanğını tez bir zamanda söndürüb və vəziyyəti nəzarət altına alınıb.

Baş vermiş hadisə nəticəsində bir Misir vətəndaşı həlak olub. İkisi Misir, ikisi isə Pakistan vətəndaşı olan digər dörd nəfər isə yüngül xəsarət alıb.

BƏƏ Əbu-Dabi qaz kompleksi yanğın

Xəbər Lenti