Şənbə, 4 Aprel, 2026
Tarix: 04 Apr 2026 14:38
Azərbaycandan göndərilən humanitar yardım karvanı sərhəddən keçərək İrana yola salınıb.
APA-nın bölgə müxbirinin məlumatına görə, İrana göndərilən üçüncü humanitar yardım karvanı "Cənub-Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub.
Yük avtomobilləri sərhəd-buraxılış məntəqəsində müvafiq gömrük prosedur qaydalarını keçdikdən sonra humanitar yardım karvanının İran İslam Respublikasına keçidi təmin olunub.
https://t.me/apa_az/117139***
09:18
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınıb. APA xəbər verir ki, İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Bura 190 ton ərzaq və qida məhsulları, 7 ton həcmində dərman vasitələri və 3 ton həcmində isə tibbi ləvazimatlar daxildir. Humanitar yardımın 10 yük avtomobili (TIR) vasitəsilə göndərilib.
https://t.me/apa_az/117114İlkin Naib Azərbaycan İran humanitar yardım




















