ABŞ və Asiya fond bazarlarında əsas indekslər yüksəlib

ABŞ və Asiya fond bazarlarında əsas indekslər yüksəlib

Tarix: 03 Sep 2026 08:02

Son ticarət sessiyasında ABŞ və Asiya fond bazarlarında əsas indekslər yüksəlsə də, Avropada eniş davam edib.

“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 295,07 bənd və ya 0,56% artaraq 53 061,95 bəndə, “S&P” 500 35,13 bənd və ya 0,46% yüksələrək 7 666,60 bəndə, “Nasdaq Composite” isə 118,06 bənd və ya 0,45% artaraq 26 217,83 bəndə çatıb. “NYSE Composite” 0,60% artaraq 24 495,55 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,74% yüksələrək 36 091,61 bənd təşkil edib.

Avropada isə azalma davam edib. “Euro Stoxx” 50 0,11% azalaraq 6 362,15 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 0,30% geriləyərək 10 756,45 bəndə, Almaniyanın “DAX” indeksi 0,50% azalaraq 25 839,33 bəndə düşüb. Fransanın “CAC” 40 indeksi 0,26% azalaraq 8 280,63 bənd, İspaniyanın “IBEX” 35 indeksi isə 0,23% geriləyərək 19 779 bənd olub.

Asiya-Sakit okean regionunda Yaponiyanın Nikkei 225 indeksi 0,20% artaraq 64 455,83 bəndə, “TOPIX” 1,04% yüksələrək 4 124,08 bəndə çatıb. Honq-Konqun Hang Seng indeksi 0,12% artaraq 25 340,56 bənd, Çinin “CSI” 300 indeksi 0,54% yüksələrək 4 572,67 bənd, Avstraliyanın “S&P/ASX” 200 indeksi isə 0,44% artaraq 9 017,90 bənd təşkil edib.

Analitiklərə görə, ABŞ səhmlərində artım üç günlük enişdən sonra ucuzlaşmış səhmlərə alışların artması, həmçinin ABŞ dövlət istiqrazlarının gəlirliliyinin çoxillik maksimumlardan geriləməsi fonunda baş verib. Avropa bazarlarında isə ABŞ-İran qarşıdurması nəticəsində enerji qiymətlərinin yüksəlməsinin inflyasiyanı gücləndirə biləcəyi ilə bağlı narahatlıqlar təzyiq yaradıb.

Rahim Tarıverdiyev indeks

Mənbə: apa.az

Xəbər Lenti