Xəzər rayonunun icra başçısı yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıqlar verib - FOTO

Tarix: 05 Apr 2026 17:57

Xəzər rayonunun bir sıra ünvanlarında intensiv yağış nəticəsində fəsadlar müşahidə olunub.

Xəzər Rayon İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, bununla əlaqədar RİH rəhbərliyi tərəfindən aidiyyəti idarə və müəssisələrin koordinasiyalı fəaliyyəti təşkil olunaraq, öncədən müəyyən edilmiş riskli ərazilərə xüsusi texnikalar cəlb edilib və ilkin qabaqlayıcı tədbirlərin icrasına başlanılıb.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən sözügedən ərazilərə yerində baxış keçirilib, yağışın fəsadlarının qısa müddət ərzində aradan qaldırılması məqsədilə əlavə nasosların cəlb olunması və digər lazımi tədbirlərin görülməsi istiqamətində müvafiq göstərişlər verilib.

Xəzər Rayon İcra Hakimiyyəti yağış

Xəbər Lenti