FHN yağışlarla əlaqədar yaranan fəsadları aradan qaldırmağa davam edir - VİDEO

Tarix: 06 Apr 2026 01:31

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər rayonlarında, Sumqayıt şəhəri, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri, o cümlədən suçəkmə və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi tədbirləri həyata keçirilir.

FHN yağış fəsad

Xəbər Lenti