, 19 Aprel, 2026
Tarix: 06 Apr 2026 11:37
Qusar rayonunda yağan güclü yağışlar nəticəsində yol-körpü infrastrukturuna ciddi ziyan dəyib. APA-nın şimal müxbirinin məlumatına görə, sel suları nəticəsində bəzi çaylar məcrasından çıxaraq ətraf ərazilərdə fəsadlar törədib. Xüsusilə Hil çayı ətrafında yaranan vəziyyətlə bağlı əraziyə texnikalar cəlb olunub. Qusar-Həzrə yolunun Yasab kəndindən keçən hissəsində də sel nəticəsində ziyan qeydə alınıb və ərazidə bərpa işləri aparılır. Rayonun Gündüzqala kəndində inşa edilmiş körpü dağılıb. Hazırda selin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir, dəyən ziyanın miqyası dəqiqləşdirilir.
Xanım Məmmədova
Qusar leysan yol-körpü infrastrukturu ziyan



