Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB

Tarix: 06 Apr 2026 11:12

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.

APA-nın Tbilisiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

***

11:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir.

Bu barədə APA-nın Tbilisiyə ezam olunmuş əməkdaşı xəbər verir.

Firuzə Vahid Gürcüstan Azərbaycan

Xəbər Lenti