Tbilisi meri: Azərbaycanla münasibətlər Gürcüstan üçün çox vacib əhəmiyyət daşıyır

Tarix: 06 Apr 2026 12:21

Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. İki ölkə arasında münasibətlər çox vacibdir. Dostluq və xeyirxah münasibətlər illərdir mövcuddur.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının Baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Gürcüstana səfəri Yaxın Şərqdəki mürəkkəb vəziyyət və dünyanın üzləşdiyi çətinliklər fonunda çox vacibdir.

"Regionda sülhün qorunub saxlanılması çox mühüm əhəmiyyət kəsb edir, ölkədə də sülhün olması çox önəmlidir. Əlbəttə ki, biz mövcud olan bu dostluq münasibətlərini və strateji tərəfdaşlığı alqışlayırıq", - Kaladze əlavə edib.

Tbilisi meri Azərbaycan Gürcüstan

Xəbər Lenti