Bazar ertəsi, 6 Aprel, 2026
Tarix: 06 Apr 2026 11:49
Azərbaycan Gürcüstanın qonşusu və strateji tərəfdaşıdır. Gürcüstanın müstəqilliyi dövründə Azərbaycan bizimlə strateji münasibətlərini təsdiqləyib.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasından olan deputat Tengiz Şarmanaşvili Azərbaycan Prezidenti İlham Əliyevin Tbilisiyə dövlət səfərini dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan dövlət başçısının Gürcüstana səfəri mövcud münasibətlərin daha da möhkəmləndirilməsi üçün xüsusi əhəmiyyətə malikdir.
"Azərbaycan Gürcüstanı dəfələrlə, hətta çətin dövrlərdə belə dəstəkləyib. Əlbəttə ki, Azərbaycandan Gürcüstan vasitəsilə keçən, Türkiyəyə və Avropaya yönələn strateji boru kəmərləri bu strateji tərəfdaşlığın sübutlarından biridir. O zamandan bəri ölkələr arasında xüsusi münasibətlər davam edir, xüsusən də hamımızın Qafqazda sülh proseslərinin tərəfdarı olduğumuz bir şəraitdə daha da möhkəmlənib. Ümid edirəm ki, bölgədə dayanıqlı sülh nəhayət bərqərar olub", - Şarmanaşvili əlavə edib.
Cəmilə Babayeva "Gürcü Arzusu" deputat Gürcüstan Azərbaycan