Bazar ertəsi, 6 Aprel, 2026
Tarix: 06 Apr 2026 14:46
Azərbaycan və Gürcüstan arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
APA xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” hesabında məlumat verib.
“Prezident İlham Əliyevi və Azərbaycan nümayəndə heyətini Tbilisidə qarşılamaqdan şərəf duyuram. Biz yaxın tərəfdaşlığımızı, regionda sülh və stabilliyin əhəmiyyətini və ölkələrimiz arasında qarşılıqlı maraq doğuran mövzularda əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı imkanlara diqqət çəkdik”,- Kobaxidze qeyd edib.
Azərbaycan Gürcüstan İlham Əliyev Kobaxidze