Baş nazir: Bu gün Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur

Tarix: 06 Apr 2026 14:09

Bizim xalqlarımız əsrlər boyu bir-biri ilə sıx bağlı ölkələr olub və bunun məntiqi davamı odur ki, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur.

APA-nın Tbilisiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

“Şadam ki, bu əməkdaşlıq müxtəlif istiqamətlər üzrə çox dinamik şəkildə iştirak edir”, - deyə Baş nazir vurğulayıb.

Firuzə Vahid Prezident İlham Əliyev Gürcüstan İrakli Kobaxidze bəyanat mətbuat

Xəbər Lenti