İcra başçısı: Xızıda yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər görülür

Tarix: 06 Apr 2026 15:55

Xızıda yağış və selin fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

APA xəbər verir ki, bu sözləri Xızı Rayon İcra hakimiyyətinin başçısı Xəzər Aslanov jurnalistlərə açıqlamasında deyib.

“FHN əməkdaşları ərazidədir. Yaxın günlərdə baş nazir Əli Əsədovun rəhbərliyilə keçirilən iclasda lazımı göstərişlər verilib, tədbirlər görülür”, - Xəzər Aslanov qeyd edib. İcra başçısı mümkün olan bütün köməkliyin göstəriləcəyini bildirib: “FHN əməkdaşları ilə birgə tədbirlər davam etdirilir”.

Xəzər Aslanov təbii fəlakət nəticəsində evlərini su basan sakinlərin yerləşdirilməsi üçün lazımı addımların atılacağını da qeyd edib.

Günay Elşən Xızı sel tədbir

Xəbər Lenti